RegionlarSəhiyyə

Gürcüstanda koronavirusa yoluxanların sayı 60 mini ötdü

Movavi

Gürcüstanda son sutkada daha 2 927 nəfərə koronavirus diaqnozu qoyulub, 2 470 nəfər sağalaraq evə buraxılıb, 24 pasiyent isə vəfat edib.

“QIA.AZ”yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 60 680-ə çatıb. Onların 45 042-si sağalıb, 499-u isə dünyasını dəyişib.

Hazırda karantində 2 982, stasionar nəzarətdə isə 4 780 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 2 879 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button