Gürcüstanda müsəlman gənclər döyülüb, bir nəfər saxlanılıb

Yan13,2021

Gürcüstanın Quriya bölgəsində xristianlar və müsəlmanlar arasında dini zəmində fiziki qarşıdurma baş verib.

“QİA.AZ” xəbər verir ki, ötən gün Çoxatauri rayonunun Buknari kəndindəki mübahisəyə səbəb müsəlman sakinlərin evdən dini ibadət yeri kimi istifadə etmələri olub.

İnsident zamanı 1985-ci il təvəllüdlü şəxs 17 yaşda olan iki müsəlman həmkəndlisinə daşla hücum edib. Başları yarılan gənclər xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.

Zorakılığa yol verən gənc artıq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin xəsarətlər yetirmə maddəsi üzrə cinayət işi açılıb. Bu cinayət əməlinə görə 6 aydan 1 ilədək həbs cəzası tətbiq olunur.

Oxşar Xəbərlər