Gürcüstanda ötən sutkada koronavirusdan 43 nəfər ölüb

Dek10,2020
Gürcüstanda ötən sutkada koronavirusdan 43 nəfər ölüb

Gürcüstanda son sutkada daha 4 570 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 045 nəfər sağalıb, 43 pasiyent isə vəfat edib.

QİA.AZ Reporta istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 178 953 yoluxma halı təsdiqlənib. Yoluxan şəxslərin 148 332-si sağalıb, 1 657-si isə ölüb.

Karantin zonalarında 1 019, stasionar nəzarətdə 6 918 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 524 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Oxşar Xəbərlər