Gürcüstanda pandemiya tələblərini pozanların cərimələri silinir

İyn24,2021

“Gürcüstanda pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan düzgün istifadə qaydalarını pozan şəxslər cərimələrdən azad olunacaqlar”.

“QİA.az” xəbər verir ki, bunu baş nazir İrakli Qaribaşvili xüsusi brifinqdə deyib.

Onun sözlərinə görə, müvafiq təşəbbüs parlamentə artıq təqdim olunub.

Hökumət başçısı qeyd edib ki, söhbət ödənilməmiş cərimələrdən gedir: “Cərimələrin silinməsi 245 min vətəndaş və 344 hüquqi şəxsi əhatə edəcək. Ümumi məbləğ 76 milyon lari təşkil edir”.

Oxşar Xəbərlər