Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin olunub

Gürcüstanda rəsmi olaraq parlament seçkiləri oktyabrın 26-na təyin edilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili müvafiq sərəncam imzalayıb. S.Zurabişvili bu barədə bu gün Prezident Administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.

O deyib: “Bu gün biz vətəndaşın hansı siyasi qüvvənin öz dünyagörüşünə daha yaxın olduğunu seçdiyi adi seçkilərlə deyil, ölkənin gələcəyini xilas etməklə məşğuluq. Bizim seçimimiz ekzistensialdır. Bu seçim uzun illər ölkənin taleyini həll edəcək”.

Oxşar Xəbərlər