Gürcüstanda son sutkada koronavirusa 1 709 yeni yoluxma faktı təsdiqlənib, 2 075 nəfər sağalıb, 20 pasiyent isə vəfat edib.
“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 35 567-yə çatıb. Sağalanların sayı 16 907, vəfat edənlərin sayı isə 273 olub.
Hazırda karantində 3 324, stasionar nəzarətdə isə 4 209 nəfər saxlanılır. Xəstəliyi yüngül və ya simptomsuz keçirən 2 346 nəfər xüsusi otellərdə müalicə ilə təmin olunur.