Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

Fev8,2021
Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 204 yeni yoluxma faktı təsdiqlənib, 736 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent isə vəfat edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 262 228 nəfər yoluxub ki, onların da 254 350-si sağalıb, 3 298-i isə dünyasını dəyişib.

Karantin rejimində 446, stasionar nəzarətdə 2 229 nəfər saxlanılır. 295 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Oxşar Xəbərlər