Gürcüstanda son sutkada daha 3 216 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 937 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent isə vəfat edib.
QİA.AZ bildirib ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 135 584 yoluxma halı təsdiqlənib. Yoluxanların 113 986-sı sağalıb, 1 267-si isə ölüb.
Karantin zonalarında 2 104, stasionar nəzarətdə 6 383 nəfər var. 3 857 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.