Gürcüstanda son sutkada 3 473 nəfər koronavirusa yoluxub, 37 pasiyent ölüb

Noy13,2020
Gürcüstanda son sutkada 3 473 nəfər koronavirusa yoluxub, 37 pasiyent ölüb

Gürcüstanda son sutkada daha 3 473 nəfərdə koronavirus aşkarlanıb, 3 342 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 73 154 nəfərə çatıb ki, onların da 55 511-i sağalıb, 636-sı isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 447, stasionar nəzarətdə 4 957 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 3 413 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Oxşar Xəbərlər