Gürcüstanda ötən sutkada koronavirusa 4 260 yeni yoluxma halı qeydə alınıb, 2 947 nəfər müalicə olunaraq sağalıb, 45 pasiyent isə vəfat edib.
QİA.AZ bildirir ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 147 636 nəfərə çatıb ki, onların da 124 568-i sağalıb, 1 387-si isə ölüb.
Hazırda karantin rejimində 1 974, stasionar nəzarətdə 6 561 nəfər saxlanılır. 3 867 nəfər isə xüsusi otellərdə müalicə alır.