Gürcüstanda üç bölgə koronavirusa görə “qırmızı zona” elan oluna bilər

Mar24,2021 #Gürcüstan

Gürcüstanda koronavirusun ən çox yayıldığı üç bölgə “qırmızı zona” elan edilə bilər.

“QİA.az ”ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.Onun sözlərinə görə, hazırda Quriya, İmereti bölgələri və Tbilisidə hərəkət intensivliyi müşahidə olunur: “İnfeksiyanın yayılma göstəricisi yüksək olduğundan bu bölgələrdə məhdudiyyətlərin tətbiq olunacağını istisna etmirəm”.

Qeyd edək ki, qonşu ölkədə son sutkada ən çox yoluxma faktı 237 olmaqla Tbilisidə qeydə alınıb.

Oxşar Xəbərlər