Gürcüstanın avtomobil ixracının 57%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan ixrac olunan minik avtomobillərinin ümumi sayı 37 019 ədəd təşkil edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, ixracın 57%-i Azərbaycana yönəlib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın bir nömrəli avtomobil idxalçısı olub.

Hesabat dövründə minik avtomobili ümumi ixracda 12,1%-lə qonşu ölkənin ikinci əsas ixrac məhsulu olub. Son bir ildə bu məhsulun ixracı 42,5% azalıb.

Oxşar Xəbərlər