Gürcüstanın Azərbaycandakı səfiri “Tarixin şah əsərləri” ilə tanış olub

Fev8,2021

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, səfirlik əməkdaşları və gürcü diasporunun nümayəndələri Heydər Əliyev Mərkəzində olublar.

“QİA.AZ” xəbər verir ki, bu barədə diplomatik nümayənədlikdən məlumat verilib.

Qonaqlar Gürcüstanın Milli Muzeyinin təqdim etdiyi Qacarlar sülaləsinə aid “Tarixin şah əsərləri” adlı ekspozisiya ilə tanış olublar.

Qeyd olunub ki, XVIII və XIX əsrlərə aid incəsənət nümunələri, məişət əşyaları, rəsm əsərləri və digər unikal eksponatlar bu ilin aprel ayınadək ziyarətçilərə təqdim olunacaq.

Xatırladaq ki, “Tarixin şah əsərləri” sərgisi 2019-cu ilin mayında açılıb.

Oxşar Xəbərlər