Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artıb

İyl27,2021

Bu ilin I yarısında Gürcüstan Azərbaycandan 505 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.“QİA.AZ” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% çoxdur.

Yanvar-iyunda qonşu ölkə ümumilikdə 1706,1 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bunun da 29,6 %-i Azərbaycanın payına düşüb.Hesabat dövründə Gürcüstanın əsas elektrik enerjisi təminatçısı 1039,9 milyon kilovatt/saatla Rusiya olub.İlin ilk yarısında Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 48,2 milyon kilovatt/saat elektrik enerjisi tranzit olunub.

Oxşar Xəbərlər