Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qabal kəndinin 1 saylı orta məktəbində ruhun gəzdiyi bildirilir.
“QİA.az” xəbər verir ki, bunu Azərbaycan-gürcü dilli təhsil ocağının şagirdləri iddia edirlər.
Onların iddiasına görə, ruh məktəbin binasında mərtəbələr arasında yer dəyişir və həyətdə olanlara əl yelləyir.
Şagirdlər ruhun qadın paltarında olduğunu, sürətlə hərəkət etdiyini və tavanda izsiz itdiyini deyiblər.
Məktəbin direktoru məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşları təhsil müəssisəsinə baxış keçiriblər, lakin şübhəli bir şey aşkar etməyiblər.
Direktor hesab edir ki, şagirdləri psixi problemləri olan şəxs qorxudub.