Gürcüstanın baş epidemioloqu koronavirusdan sağalıb

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze koronavirusdan müalicə olunaraq sağalıb.

“QİA.AZ” xəbər verir ki, o, artıq işə qayıdıb.

Qeyd edək ki, A.Qamkrelidzeyə COVID-19 diaqnozu ötən ilin dekabrın 29-da qoyulmuşdu. O, ev şəraitində müalicə kursu keçib.

Oxşar Xəbərlər