Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən bildirilib.
İrakli Kobaxidze qeyd edib ki, ölkənin müsəlman icması Gürcüstanın ictimai-siyasi həyatında, mədəniyyətinin, iqtisadiyyatının, incəsənətinin inkişafında mühüm rol oynayır.
“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm” – deyə, Baş nazirin təbrikində vurğulanır.
Gürcüstan hökumətinin başçısı müsəlmanların bayram sevincinə qoşulduğunu bildirib, hər bir ailəyə əmin-amanlıq, firavanlıq və sülh arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi