Gürcüstanın baş naziri Qardabanidədir

Gürcüstanın baş naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonuna səfər edib.

“QİA.az” xəbər verir ki, hökumət başçısı rayon mərkəzində yeni inşa olunan Ədliyyə evinin açılış mərasimində iştirak edir.İ.Qaribaşvili çıxışında idarənin açılışı münasibətilə Ədliyyə Nazirliyi və Qardabani sakinlərini təbrik edib. O, regionların inkişafının hökumətin əsas prioritetlərindən biri olduğunu qeyd edib.Tədbirə parlamentin sədri Kaxa Kuçava, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Azərbaycan səfiri Faiq Quliyev, deputatlar – Zaur Darğallı, Savalan Mirzəyev, Qardabani bələdiyyəsi, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər də qatılıblar.Yeni Ədliyyə evi Gürcüstan üzrə 26-cı, Kvemo Kartli bölgəsi üzrə isə 4-cü filialdır. Müasir standartlara uyğun tikilmiş idarədə vətəndaşlara dövlət və özəl sektoru əhatə edən 450 xidmət göstəriləcək.

Oxşar Xəbərlər