Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1270,9 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilir.
Sənədə əsasən, həmin həcmin 575 milyon kilovatt/saatı və yaxud 45,25%-i Azərbaycanın payına düşüb.
11 ay ərzində Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 101,79 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirilib.