Gürcüstanın sabiq spikeri Tbilisinin yeni meri ola bilər

Gürcüstan parlamentinin keçmiş sədri Arçil Talakvadzenin Tbilisi meri vəzifəsinə namizədliyinin irəli sürüləcəyi gözlənilir.

“QİA.az” xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Hakim Gürcü Arzusu Partiyası sabiq spikerin Tbilisinin mer seçkilərinə qatılacağı barədə informasiyaları təsdiqləməyib.

Xatırladaq ki, A.Talakvadze aprelin 24-də istefa verib. Onu vitse-spiker Kaxa Kuçava əvəzləyəcək. Sabiq sədr isə K.Kuçavanın yerini tutacaq. Parlamentin yeni sədrinin seçilməsi prosedurlarına sabah başlanılacaq.

Qeyd edək ki, qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu ilin payızında keçiriləcək.

Oxşar Xəbərlər