Yeni seçilmiş Gürcüstanın X çağırış parlamenti fəaliyyətə başlayıb.
“QİA.AZ” xəbər verir ki, ilk iclası Gürcüstan prezidenti Salome Zurabişvili açıb.
Onun çıxışından sonra söz qanunverici orqanın ən yaşlı üzvü Lado Kaxadzeyə təqdim olunacaq və o, spiker seçilənə qədər ilk iclasa sədrlik edəcək.
İclasda parlament sədri, onun müavinləri və komitə sədrləri seçiləcək. Qanunverici orqan səlahiyyətlər əldə edəndən sonra hökumət istefaya gedəcək və yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcək.
Toplantı etiraz aksiyası fonunda keçirilir. İctimai fəallar və müxalifət tərəfdarları qanunverici orqanın giriş qapılarında “utanc dəhlizi” yaradıblar.
Qeyd edək ki, qanunverici orqana parlament seçkilərindən sonra 9 partiya keçib. Lakin müxalifətin boykotu səbəbindən 150 nəfərdən ibarət parlament hakim Gürcü Arzusu Partiyasının 90 deputatı ilə fəaliyyətə başlayıb. Gürcüstan tarixində ilk dəfə olaraq müxalif deputatların kürsüləri boş qalıb.