Həftəsonu karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı

Şənbə-bazar günlərində ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Bu barədə “QİA.AZ”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 9-10-da ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub.

Oxşar Xəbərlər