Həkim ötən il ayağı sınmış Cozef Baydenin son vəziyyətini açıqladı

Fev7,2021

ABŞ prezidenti Cozef Baydenin xəsarət almış ayağının bərpası prosesi normal gedir.

“QİA.AZ” xəbər verir ki, bu barədə Amerika liderinin həkimi Kevin O Konnora istinadən Ağ Evin Mətbuat xidməti bildirib.

Qeyd edilir ki, Bayden şənbə günü Delaver ştatında klinikaya baş çəkib. Burada onun ayağı rentgen edilib.

“Prezidentin xəsarətinin əlamətləri gözlənildiyi kimi yaxşılaşıb və o, fizioterapiya rejiminə ciddi əməl edir. İzah etdiyimiz kimi, burxulmalar bəzən sümük sınıqlarından daha ciddi xəsarət ola bilər. Rentgen çəkilişi prezidentin sarğılarının dayanıqlı olmasına əmin olmaq üçün lazımdır”, – deyib.

Ötən ilin 30 noyabrda Baydenin həkimi bildirib ki, tibb işçiləri siyasətçinin ayağında pəncənin iki kiçik sınığını qeydə alıblar. Demokratın ofisində qeyd ediblər ki, hadisə bir gün əvvəl itlə oyun zamanı olub.

Oxşar Xəbərlər