Həmyerlimiz Taylandda ağacəkmə aksiyası təşkil edib – FOTO

May16,2024

Taylandda yaşayan həmyerlimiz Gündüz Qasımlı ölkənin Fuket əyalətində ağacəkmə aksiyası təşkil edib.

QİA.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mindən çox ağacın əkildiyi aksiyaya Fuketdə yaşayan azərbaycanlılar, ekoloqlar və yerli sakinlər qatılıblar.

Aksiyanın məqsədi yerli ictimaiyyətin nümayəndələrinin diqqətini iqlim fəaliyyətinə cəlb etmək və onları bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 haqqında məlumatlandırmaq olub.

Kampaniyanın təşəbbüskarı Gündüz Qasımlı ətraf mühitin qorunmasına yönəlmiş bu təşəbbüsün qlobal ekoloji problemlərin həlli istiqamətində icmanın fəaliyyətini gücləndirəcəyini vurğulayıb. Həmyerlimiz aksiyanın ətraf mühitin mühafizəsində, ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacağını bildirib.

Qeyd edək ki, Gündüz Qasımlı Fuket əyalətində “Sərhəd Xəttinin Meşələrin Bərpası Təşəbbüsü”nə rəhbərlik edir və yerli icmaları, əcnəbiləri dayanıqlı inkişaf proqramında fəal iştiraka səsləyir.

Oxşar Xəbərlər