Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə Barselona şəhər metrosunun müxtəlif platformalarında 28 may – Respublika gününə həsr olunmuş məlumat xarakterli bilbordların yerləşdirilməsi Ermənistanı və İspaniyanın Kataloniya bölgəsində yaşayan erməni icmasını qəzəbləndirib.
QİA.AZ xəbər verir ki, bu barədə Kataloniyanın https://www.elnacional.cat xəbər portalında məlumat verilib. Mark Qonsalesin qələmə aldığı məqalədə bu polemikanın diplomatik toqquşmaya səbəb olduğu qeyd edilib.
Kataloniya erməniləri assosiasiyası, Barselonanın erməni mədəniyyəti assosiasiyası və Ermənistanın bu ölkədəki səfiri Vladimir Karmirşalyan metroda bilbordların yerləşdirilməsinə etiraz edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərinin metro stansiyalarında 28 may – Respublika gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib. Bilbordlarda ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib, işğaldan azad olunmuş torparlarımızın, Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda məlumatlar yerləşdirilib. Hər gün on minlərlə insanın istifadə etdiyi metroda Barselona Metropoliteninin əvvəlcədən müəyyənləşdirdiyi cədvəl üzrə yerləşdirilən bilbordlar bir ay müddətində nümayiş etdiriləcək.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: