Hərbçilər üçün hazırlanan konservlərin satışa çıxarılması məlumatları yalandır – DSX

Mar27,2021

Dövlət Sərhəd Xidməti (DSX) qurumun hərbi qulluqçuları üçün ayrılmış ərzaq məhsullarının Ukrayna bazarlarında satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DSX-nin mətbuat xidmətindən QİA.AZ-a verilən məlumatda bildirilir ki, bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib: “Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətə uyğun deyildir və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir”.

Oxşar Xəbərlər