Hərbi çevriliş cəhdi Türkiyə xalqına qarşı yönəlmişdi – Səfir

2016-cı ildə baş vermiş hərbi çevriliş cəhdi Türkiyə xalqına qarşı yönəlmişdi.

QİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

O bildirib ki, Türkiyə xalqı hərbi çevrilişə müqavimət göstərdi: “Çevrilişin məqsədi güclü Türkiyəni zəiflətmək idi”.

Xatırladaq ki, 2016-cı il iyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi çevriliş cəhdini həyata keçirib. Hadisələr zamanı 250 nəfər həlak olmuş, 2 mindən çox şəxs yaralanmışdı.

Oxşar Xəbərlər