Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

Apr24,2024

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Dalğa-2024” birgə taktiki təlimi keçirilir.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələri və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.

Oxşar Xəbərlər