Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

May 30, 2021

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.

“QİA.az” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirildikdən sonra müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Hərbi hissənin xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçuları “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olunublar.

Oxşar Xəbərlər