2021-ci ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi qulluqçular üçün beynəlxalq humanitar hüquq mövzusunda seminarlar keçirilib.
Müdafiə Nazirliyindən “QİA.AZ“a verilən məlumata görə, seminarlar zamanı BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.