Hacıqabulda avtomobil qadını vuraraq öldürüb

Apr29,2024

Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb.

QİA.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, rayon sakini, 1954-cü il təvəllüdlü Qızbəs Abuzər qızı Muxtarova yolu keçən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Q.Muxtarova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər