Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.
QİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Udulu qəsəbəsində qeydə alınıb.
Minik maşınlarının toqquşması nəticəsində beş nəfər xəsarət alıb, Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
