İyulun 5-də Almaniyanın Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə və milli şirniyyatlardan ibarət təqdimat keçiriləcək.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Cəmilə Abdullayevanın təşkilatçılığı ilə keçiriləcək mühazirədə milli nəfəs alətləri balaban, zurna və tütək təqdim olunacaq. Mühazirə zamanı musiqi alətlərinin tarixi, etimologiyası, hazırlanması haqqında məlumat veriləcək, eyni zamanda, ifa texnikası əyani şəkildə nümayiş ediləcək.