Hamilə arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə arvadını öldürməkdə təqsirləndirilən Anar Bəkirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“QİA.AZ” xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası fevralın 9-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 29-da Abşeron rayonunda baş verib.

İttihama görə, 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

27 yaşlı L.Bəkirova 7 aylıq hamilə olub. A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Oxşar Xəbərlər