“Antibiotiklərin uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır”.
“QİA.AZ” xəbər verir ki, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, hazırda koronavirus pandemiyasına qarşı effektli müalicə yoxdur:
“Antibiotiklərdan istifadə bu dərmanlara qarşı davamlılığınn yaranmasına səbəb ola bilər. Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronovirus xəstələrin 8 faizində bakterial və ya göbələk infeksiyasıdır. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Ümumiyyətlə xəstəliyin yüngül mərhələsində antibiotiklərdən istifadə edilməsi düzgün deyil”.