Hava kəskin dəyişəcək – Nazirlik xəbərdarlıq etdi

Noy10,2021

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu təhlükəli Hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Rayonlarda bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Havanın temperaturu 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Oxşar Xəbərlər