Hava xəbərdarlığı: İyunun 17-si gündüzədək bəzi yerlərdə leysan yağacaq

İyn12,2023

İyunun 13-ü gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə QİA.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şərq küləyi əsəcək, bəzi yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Oxşar Xəbərlər