Qəzza zolağında vəziyyətin nizamlanması, ilk növbədə atəşkəs və İsrail həbsxanalarındakı girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələləri üzrə danışıqlar aprelin 7-də Misirin paytaxtı Qahirədə keçiriləcək.
Mənbə bu barədə yüksəkvəzifəli misirli məmura istinadən xəbər verib.
O, həmçinin bildirib ki, danışıqlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani, eləcə də İsrail nümayəndə heyəti iştirak edəcəklər.
İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın da Qahirəyə gələcəyi bildirilir.
Bir müddət əvvəl Fələstinin HƏMAS hərəkatı nümayəndələrini Qəzza sektorunda atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə getdiyini açıqlamışdı.
Mənbə: Alqaheranews.net