Avqustun 26-da Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənliklər təşkil edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, əyləncə tədbirlərindən biri Gəncədəki 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib. Şənlikdə DJ-lərin, animatorların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.