Hikmət Hacıyev: “Azad edilən ərazilərin minalardan təmizlənməsi çox vaxt tələb edəcək”

“Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi çox vaxt tələb edəcək”.

“QİA.az”ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda ərazilərin minalardan təmizlənməsi işləri davam edir.

Hikmət Hacıyev bildirib ki, ermənilər 30 ilə yaxın müddət ərzində Ağdamı addım-addım, kəndəbəkənd məhv ediblər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər