Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.
QİA.AZ-ın məlumatına görə, paylaşımda deyilir: “Dualarımız Qardaş Türkiyə ilə birlikdədir. Depremdə həyatını kayb edənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun”.