Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər.
“QİA.AZ” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.
“Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”-deyə, o bildirib.
Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə ‘fait accompli’ prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi.— Hikmet Hajiyev (@HikmetHajiyev) November 10, 2020