Hindistan koronavirus anti-rekordunu yeniləyib

Hindistanda sutka ərzində koronavirusdan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, son sutka ərzində 3 780 insan bu xəstəlik səbəbindən ölüb. Əvvəlki anti-rekord – 3 689 ölü – mayın 2-də qeydə alınıb.

Sutka ərzində Hindistanda 338 439 nəfərdə COVID-19 xəstəliyi aşkar edilib.

Hindistan COVID-19-a yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur.

Bir qədər öncə, Hindistanın Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Sucit Sinqh koronavirusun “Britaniya”, “Cənubi Afrika” və “Braziliya” ştammlarının və ikiqat mutasiya etmiş ştammının artıma səbəb olduğunu deyib.

Oxşar Xəbərlər