Maliyyə

Hindistan rəqəmsal rupinin testlərinə başlayacaq

Movavi

Hindistan Mərkəzi Bankının sədri Shaktikanta Das ilin sonuna qədər ilk rəqəmsal rupinin test proqramına başlayacaqlarını açıqlayıb.

“QİA.AZ” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Rəqəmsal pulların təhlükəsizliyi və Hindistanın maliyyə sektoruna təsiri ilə əlaqədar bütün aspektlər üzərində çalışırıq. Tamamilə yeni bir məhsul olduğu üçün araşdırmaları diqqətlə aparırıq”, – deyə S.Das bildirib.

Qeyd edək ki, kriptovalyuta “Bitcoin”in populyarlığının artması və nağd pul istifadəsini azaltması Çindən Avropa Mərkəzi Bankına qədər bir çox Mərkəzi Bankı ötən ildən başlayaraq rəqəmsal valyuta fəaliyyətlərini artırmağa sövq edib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button