Hindistan strateji neft ehtiyatlarını açır

Noy23,2021

Hindistan hökuməti bazardakı qiymətləri azaltmaq üçün strateji neft ehtiyatlarından 5 milyon barel nefti satmaq qərarına gəlib.

QİA.AZ xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti bildirib.

Bu addımın ABŞ, Çin, Yaponiya, Cənubi Koreya kimi böyük enerji istehlakçısı ölkələrilə razılaşdırılmış şəkildə atılacağı qeyd olunur.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ strateji neft ehtiyatından 50 milyon barel neftin açıq satışa buraxıldığı bildirilib.

Oxşar Xəbərlər