Hindistanda ötən 24 saat ərzində koronavirusa yoluxanların sayı daha 127 510 nəfər artaraq 28 175 044 nəfərə çatıb.
“QİA.az” bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinə istinadən xəbər verir. Bununla da 126 789 nəfərin yoluxduğu 8 aprel tarixindən bu yana ən az gündəlik yoluxma qeydə alınıb. Artıq iki həftədir ölkədə gündəlik yoluxma sayı davamlı olaraq azalır. Hərçənd 22 aprel – 17 may tarixləri dövründə Hindistanda gündəlik yoluxma sayı 300 mindən çox, o cümlədən may ayında beş dəfə 400 min həddini keçib.
Həmçinin ötən 24 saat ərzində ölkədə koronavirusdan ölənlərin sayı 2 795 nəfər artaraq 331 895 nəfərə çatıb. Son dəfə gündəlik ölüm sayı aprelin 26-da 3 mindən az, yəni 2 771 nəfər olub, may ayında isə 12 dəfə 4 mindən çox olub.