Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb

Hindistanın Pəncab əyalətinin Hoşiarpur şəhəri yaxınlığında baş verən ağır yol qəzasında 9 nəfər ölüb, daha 2 nəfər itkin düşüb.

QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli KİV polisə istinadən xəbər yayıb.

Qeyd edilir ki, sürücü və bir ailənin səkkiz üzvünün olduğu avtomobili bazar günü daşmış Cajon Çoy çayına düşüb. Çayın daşmasına səbəb Pəncab ştatında və ölkənin digər bölgələrində yağan güclü yağış olub.

Oxşar Xəbərlər