Hindistanda bir gündə 22 milyon nəfər vaksin olunub

Sen18,2021

Hindistanda sentyabrın 17-də 22 milyondan çox sakin koronavirusa qarşı peyvənd olunub.

QİA.AZ-ın məlumatına görə, bu, ölkədə vaksinlənmə sayına görə yeni rekorddur.

Qeyd olunur ki, tibb işçiləri bu göstəricini Hindistanın baş naziri Narendra Modinin doğum gününə həsr ediblər.

Ölkədə bundan əvvəlki rekord göstərici avqustun 27-də qeydə alınmışdı. Həmin gün 13 milyon nəfər vaksin olunmuşdu. Bugünədək ölkədə hər iki doza ilə vaksin olunanların sayı 787 milyon nəfərə çatıb.

Oxşar Xəbərlər