Hindistanda bir gündə koronavirusa 350 mindən çox insan yoluxub

Apr26,2021

Hindistanda son sutka ərzində koronavirus infeksiyasına 352 991 yoluxma halı qeydə alınıb. Bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 17 313 163 nəfərə çatıb.

“QİA.az”ın verdiyi məlumata görə, bu barədə NDTV telekanalı Hindistanın Səhiyyə Nazirliyinə istinadək xəbəb verib.

Son sutka ərzində ölkədə həyatını itirən koronavirus xəstələrinin sayı 2 812 nəfər təşkil edib. Ümumilikdə, Hindistanda indiyədək 195 123 nəfər COVID-19 xəstəliyi səbəbindən vəfat edib.

Oxşar Xəbərlər