Hindistanda koronavirusa yoluxanların sayı 16 milyonu ötüb

Apr23,2021

Hindistanda son sutka ərzində COVID-19 infeksiyasına 332 730 yeni yoluxma faktı qeydə alınıb.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Hindistanda virusa yoluxma hallarının sayı 16 263 695-ə çatıb.

Son 24 saatda ölkədə koronavirusdan 2 263 insan ölüb və ölənlərin sayı 186 920 çatıb.

COVID-19-a yoluxan 13,5 milyondan çox insan sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Oxşar Xəbərlər